“Qar, dolu, güclü külək…” – qarşıdakı günlərin hava proqnozu
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumata görə, 17-18 oktyabr tarixində Gürcüstanda yağış gözlənilir.
Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağa bilər. Həmçinin qərb istiqamətli güclü külək əsəcək, ildırım çaxacaq, dolu yağacaq və dənizdə 3-4 ballıq fırtınalı dalğaların olacağı proqnozlaşdırılır.
Gözlənilən yağıntılar Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəli və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta).
Bizi WhatsApp – da izləyin.