Günlərdir axtarılan rus qadının cəsədi tapıldı

Türkiyənin Ordu vilayətində səkkiz gündür axtarılan Rusiya vətəndaşı Marqarita Karacanın cəsədi aşkar olunub.

RealNews.ge  “Haberler” portalına istinadən xəbər verir ki, 57 yaşlı qadının cəsədi Boztepe yaxınlığında yerli sakinlər tərəfindən fındıq bağında tapılıb.

M.Karacanın ölüm səbəbi hələ açıqlanmayıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd olunur ki, rusiyalı qadın oktyabrın 8-də evdən çıxıb və geri qayıtmayıb. Bunun ardınca, onun yaxınları polisə məlumat verib. Qadının həyat yoldaşı və övladının olduğu məlumdur.