Tbilisidə ağır yol qəzası nəticəsində sürücü həyatını itirib

Tbilisidə baş verən qəza nəticəsində yük maşınının sürücüsü həlak olub. Verilən məlumata görə, yük maşını ağaca çırpılıb. Hadisə səhər saatlarında Ədliyyə Nazirliyinin yaxınlığında baş verib.

Daxili İşlər Nazirliyinin “Interpressnews”a verdiyi məlumata görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır ki, bu da nəqliyyatın hərəkət təhlükəsizliyinin və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.