Dolların kursunu sabit saxlamaq üçün Milli Bank 70 milyon ABŞ dollarını…
Milli Bankın valyuta hərracında satışa çıxarılan 70 milyon ABŞ dollarından 64 milyon 900 min ABŞ dolları satılıb. Bununla da məzənnə 2.7139 təşkil edib.
Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Qeyd edilib ki, hərrac bu gün, 16 oktyabr tarixində baş tutub.
“Həddindən artıq dəyişkənliyin qarşısını almaq üçün Milli Bank bu gün valyuta hərracı keçirmək qərarına gəlib. Bir daha vurğulamaq istərdik ki, son vaxtlar valyuta bazarında qeydə alınan dəyişkənlik makroiqtisadi amillərlə əlaqəli deyil və buna görə də belə dəyişkənlik qısamüddətlidir.” – deyə məlumatda bildirilib.
Bizi WhatsApp – da izləyin.