Maliyyə Nazirliyi: Qərbin maliyyələşməni dayandırması büdcəyə təsir etməyib
ABŞ və Avropa İttifaqının (Aİ) maliyyələşməni dayandırmaq qərarları Gürcüstanın dövlət büdcəsinə təsir etməyib.
Bunu Maliyyə nazirinin müavini Georgi Kakauridze ölkənin Qərbin maliyyə dəstəyinə ehtiyacının olub-olmamasından danışarkən deyib.
“Büdcənin vacib məsələləri maliyyələşdirmək üçün real imkanı var. Hər bir islahat üçün vəsait tapmaq problem deyil, əsas odur ki, biz islahatı düzgün həyata keçirək”, – deyə G.Kakauridze bildirib.