Əlavə 200 larini hansı müəllimlər alacaq? – Müəllimlərin əmək haqqları artıq yeni qayda ilə ödəniləcək

Müəllimlərin əməkhaqqı qaydalarında dəyişiklik edilib. Müvafiq əmr qanunvericilikdə artıq qeyd olunub. Əmrdə əsasən, bu dəfə seçmə fənlər üzrə müəllimlərin maaşları artırılacaq. Konkret olaraq, seçmə fənlərin tədrisi də yeni maaş formulu ilə ödəniləcək.

Sənəddə qeyd edilib: “Müəllim statusu almış və imtahan verdiyi fənn qrupu üzrə fənlərdən birini tədris edən və ya doktor və ya ona bərabər tutulan akademik dərəcəyə sahib olan, yaxud da xüsusi hallarda Gürcüstan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sxemlə müəyyən edilmiş statuslardan birini almış müəllimin əməkhaqqı 2026-2027 tədris ilinin başlanğıcına qədər bu əlavədə müəyyən edilmiş qayda ilə hesablanacaq.”

Daha konkret olaraq, əgər əməkhaqqının hesablanma dövründə seçmə fənn müəlliminin dərs yükləməsinə əsasən hesablanmış əməkhaqqı əlavədə [müəllimlərin əməkhaqqının yeni hesablanma metoduna görə] müəyyən edilmiş qayda ilə hesablanmış məbləğdən çox olarsa, müəllimə bu yeni qayda ilə hesablanmış əməkhaqqı məbləği və əlavə olaraq 200 lari 2026-2027 tədris ilinin başlanğıcına qədər veriləcək.

Təhsil Nazirliyinin izahına görə, bu dəyişiklik xarici dillər üzrə fənn qrupuna daxil olan bütün fənləri və iki və ya daha çox fənn qrupu üçün ortaq olan seçmə fənləri də əhatə edəcək.

Bizi WhatsApp – da izləyin.