Bolnisidə inşa olunan məsciddə təmir işləri aparılır – FOTO

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov Bolnisi bələdiyyəsinin Kvemo Arkevani (Qoşa Kilsə) kəndində inşa olunan həzrət Ömər məscidində aparılan təmir işlər ilə tanış olub.

Bu barədə Etibar Eminov məlumat yayıb.

Ziyarət zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli müftisi hacı Bəxtiyar Tanrıverdiyev, BGMİ-nin Bolnisi bələdiyyəsi üzrə müftisi hacı Adil Nəbiyev, Marneuli bələdiyyəsinin müftisi hacı Tahir Bayramov, Tbilisi Cümə Məscidinin imamı Şirxan Çobanov, Elmi Şuranın sədri hacı Natiq Əliyev və BGMİ-nin bir sıra əməkdaşları müftini müşayiət ediblər.

Heyət həmçinin kənd sakinləri ilə də görüşüblər. Müfti əhaliylə görüş zamanı məscidin tikintisində əməyi olan hər kəsə həm Bütün Gürcüstan Müsəlmanları İdarəsi adından, həm də şəxsən öz adından təşəkkürünü bildirib.

Bizi WhatsApp – da izləyin.