Gürcüstan ictimaiyyətinin nümayəndələri Şuşaya səfər ediblər

Gürcüstan ictimaiyyətinin nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

Qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişatı ilə tanış olacaq, Şuşa qalasına və Cıdır düzünə səfər edəcəklər.

Səyyahlar qədim Azərbaycan şəhərinin tarixi haqqında ətraflı məlumatlandırılacaqlar, həmçinin Xurşidbanu Natəvanın ev-muzeyini, Molla Pənah Vaqifin məqbərəsini, “Xan qızı Bulağı”nı və digər tarixi-mədəni görməli yerləri ziyarət edəcəklər.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana gedən səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Bizi WhatsApp – da izləyin.