Gürcüstan ictimaiyyətinin nümayəndələri Xankəndidə – FOTO

Gürcüstandan olan bir qrup səyyah işğaldan azad edilmiş Xankəndi şəhərini gəzib.

RealNews.ge “Report”a istinadən xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.

Səyyahlar Qarabağ Universiteti və stadionu, tarixi və mədəniyyət abidələrini ziyarət ediblər.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyyah gedib. 30 nəfərlik səyyahdan ibarət qrup bölgədə aparılan tikinti-bərpa işləri və tarixi abidələrlə tanış olacaqlar.

Səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Bizi WhatsApp – da izləyin.