Gürcüstanda yaşayan Hindistan vətəndaşlarının sayı Ukraynalılardan çoxdur, Azərbaycan vətəndaşlarının sayı isə…

2023-cü ildə Gürcüstanda 52 627 rus immiqrant yaşayırdı ki, bu da 2022-ci illə müqayisədə təxminən 10 min nəfər azdır – bu barədə Gürcüstanın Statistika İdarəsinin dərc etdiyi məlumatda qeyd edilib.

“2023-cü ildə Gürcüstanda demoqrafik vəziyyət” hesabatında bildirilir ki, ölkədəki immiqrantların ümumi sayı 205 857 nəfərdir, onlardan 119 142 nəfəri kişi, 86 715 nəfəri isə qadındır.
İmmiqrantlardan 113 802 nəfəri digər ölkələrin vətəndaşı, 91 896 nəfəri Gürcüstan vətəndaşı, 157 nəfəri isə vətəndaşlığı olmayan şəxslərdir.

Digər ölkələrin vətəndaşı olan immiqrantlara gəldikdə isə, 2023-cü il üzrə Gürcüstanda 8 624 Türkiyə vətəndaşı; 8 406 Hindistan; 7 519 Ukrayna; 4 301 Azərbaycan və digər ölkələrin vətəndaşları yaşayırdı.

Bizi WhatsApp – da izləyin.