İspaniyada İŞİD qruplaşmasının iki üzvü həbs olunub
İspaniyanın şimalında İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına mənsub olmaqda şübhəli bilinən iki nəfər həbs edilib.
RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində saxlanılıblar.
Bu ilin əvvəlindən şübhəlilər ciddi şəkildə izlənilirdi. Onlar əvvəlcə sosial şəbəkələrdə İŞİD-i, zorakılıq və terrorizmi təbliğ edən mesajlar yazdıqları üçün diqqəti cəlb ediblər.
İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.
Bizi WhatsApp – da izləyin.