Diqqət! Güclü qar səbəbilə bu yolda avtomobillərin hərəkəti qadağan edildi

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və yolların buz bağlaması səbəbilə daxili dövlət əhəmiyyətli Pşaveli-Abano-Omalo avtomobil yolunun 30-72-ci kilometr hissəsində hər növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Avtomobil yolunun 1-30-cu kilometr hissəsində isə yalnız yolsuzluq avtomobillərinin (off-road) hərəkətinə icazə verilir, digər nəqliyyat vasitələrinin hərəkəti isə qadağandır.

Bizi WhatsApp – da izləyin.