Diqqət! Daxili İşlər Nazirliyi bəyanat yayıb
Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik “xarici təsirlərin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin xüsusi vasitələrdən qanunsuz istifadə etdiyini iddia edən bir media qurumunun yaydığı məlumata cavab verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin televiziya kanalının süjetində nazirliyin eyni vaxtda su şırnağı və gözyaşardıcı qazdan istifadə edərək “Polis haqqında” qanunu pozduğunu iddia etməsi yalandır və vətəndaşları bilərəkdən aldatmağa çalışır.
“Cəmiyyətin yüksək marağını nəzərə alaraq, bu ilin “xarici təsirlərin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin xüsusi vasitələrdən qanunsuz istifadə etməsi ilə bağlı bir media orqanının yaydığı məlumata cavab vermək istəyirik.
Cəmiyyətin məlumatlandırılması üçün bildiririk ki, həmin televiziya kanalının süjetində nazirliyin eyni vaxtda su şırnağı və gözyaşardıcı qazdan istifadə edərək “Polis haqqında” qanunu pozduğunu iddia etməsi yalandır və vətəndaşları bilərəkdən aldatmağa çalışır.
Gürcüstanın “Polis haqqında” qanunu xüsusi vasitələrin polis tərəfindən istifadəsi qaydalarını dəqiq müəyyən edir. Qanunun 33-cü maddəsinin 3-cü bəndinə görə, “gözyaşardıcı qaz polis əməkdaşına və ya qorunan obyektə hücumun qarşısını almaq və ya kütləvi və qrup şəklində ictimai asayişi pozan hərəkətlərin qarşısını almaq üçün istifadə edilə bilər”, həmçinin “su şırnağı” isə nəqliyyat vasitəsi kimi dövlət və ya ictimai obyektə qrup hücumlarının qarşısını almaq üçün istifadə edilə bilər.
Polis tərəfindən istifadə edilən xüsusi vasitələrin növü və onların intensivliyi konkret vəziyyətə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir. Qeyd edirik ki, Gürcüstanın “Polis haqqında” qanunu və onun əsasında qəbul edilmiş heç bir qüvvədə olan hüquqi akt su şırnağı və gözyaşardıcı qazın eyni vaxtda və ya paralel rejimdə istifadəsini qadağan etmir.
Üstəlik, belə bir qadağa ATƏT/DTİHB (OSCE/ODIHR) və “Amnesty International” kimi nüfuzlu beynəlxalq təşkilatların tövsiyələrində də nəzərdə tutulmayıb.
“Amnesty International”ın rəhbər sənədinə əsasən, su şırnağına işarəedici boya və ya kimyəvi maddələr əlavə etmək olar, ATƏT/DTİHB-nin təlimatına əsasən isə, zorakı hərəkətlərdə iştirak edən şəxslərə qarşı su şırnağına gözyaşardıcı qaz əlavə etmək icazəlidir. Həmin sənədə əsasən, gözyaşardıcı qazın istifadəsinin yeganə məqsədi mitinqin dağıdılması olmalıdır və insanların ərazidən çıxmaq imkanının olmadığı yerlərdə istifadə olunmamalıdır.
Bir daha qeyd edirik ki, Daxili İşlər Nazirliyi zorakı mitinq və nümayişlərin idarə edilməsi zamanı Avropa standartlarına tam uyğun olan və bir çox Avropa ölkələrinin polis bölmələri tərəfindən fəal istifadə edilən xüsusi vasitələrdən istifadə edir.
Yayılan yalan məlumatlar cəmiyyəti aldatmağa və Daxili İşlər Nazirliyinin məqsədyönlü şəkildə nüfuzdan salınmasına xidmət edir,” – bəyanatda deyilir.