Faiq Quliyev Tbilisi Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalında iştirak edib – FOTO
Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev, Tbilisi şəhər Bələdiyyə Məclisinin təşkilatçılığı ilə Tbilisi Konservatoriyasının konsert zalında keçirilən Tbilisi Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalında iştirak edib.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Festivalda müxtəlif mədəniyyətləri təmsil edən xor və orkestrlərlə yanaşı, “Meydan” Aşıqlar Qrupu da təmsil olunub və izləyicilər qarşısında aşıq sənətinin nümunələrini ifa ediblər.
Festivalın yekunu olan təltifetmə mərasimində çıxış edən səfir Faiq Quliyev, bu cür mədəniyyət səciyyəli tədbirin təşkilinə görə Tbilisi şəhər Bələdiyyə Məclisinə təşəkkürünü bildirib, Gürcüstanın çox konfessialı və müxtəlif mədəniyyətlərə ev sahibliyi edən ölkə olaraq tədbir iştirakçılarına mədəniyyətlərinin yaşadılması və tərənnümü ilə əlaqədar yaradılmış şəraitin məmnunluqla qarşılandığını qeyd edib. Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsindəki əməkdaşlıq münasibətlərindən bəhs edən F.Quliyev tədbir iştirakçılarına müvafiq sahə üzrə həyata keçirilmiş birgə layihə və təşəbbüslər barədə məlumat verib.
Bizi WhatsApp – da izləyin.