Diqqət! Daxili İşlər Nazirliyi bəyanat yayıb

Oktyabrın 23-də Tbilisidə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının seçki öncəsi təbliğat məqsədli yekun tədbiri keçiriləcək.
Tbilisinin mərkəzi Rustaveli prospektində açıq havada keçiriləcək tədbirdə yüz mindən çox insanın iştirakı gözlənilir.

Aksiyada partiyanın üzvü və tərəfdaşı olan paytaxt sakinləri ilə yanaşı regionlardan gələcək insanlar da iştirak edəcəklər.

Tədbirlə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilir ki, tədbirlə əlaqədar olaraq Tbilisidə bəzi küçələrdə avtomobillərin hərəkəti müəyyən bir müddət üçün məhdudlaşdırılıb.

DİN-in Patrul Polisi Departamentinin əməkdaşları ictimai asayişi qorumaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirin keçiriləcəyi ərazi və ətrafında səfərbər ediləcəklər.

Tədbirlə bağlı məhdudiyyət oktyabrın 23-də saat 00:00-dan toplantının başa çatmasına qədər qüvvədə olacaq.

Hərəkət tədbirin başa çatması ilə adi rejimdə bərpa olunacaq.

Bizi WhatsApp – da izləyin.