“Gürcü Arzusu” Tbilisidə yekun seçki mitinqini keçirib
Hakim “Gürcü Arzusu” partiyası oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri ərəfəsində Azadlıq meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açılıb.
“Gürcü Arzusu” liderləri Azadlıq meydanında quraşdırılmış səhnədən seçicilərə müraciət ediblər.
Tədbirlə əlaqədar Azadlıq meydanında və Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq tədbir ərazisində çox sayda polis səfərbər olunub.
Bizi WhatsApp – da izləyin.