Qızılhacılı kəndində “VMH”nın Marneuli qərargah rəhbəri döyülüb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 74 saylı seçki məntəqəsində fiziki qarşıdurma baş verib.

Yerli mətbuatın yaydığı məlumata görə hadisə zamanı “VMH”nın Marneuli qərargah rəhbəri Azad Kərimov döyülüb.

O, qeyd edib ki, sözügedən məntəqədə çoxsaylı qayda pozuntuları olub və onlar elə bu səbəbdən məntəqəyə gəliblər: “Bizə məlumat gəldi ki, burada qeyri-hökumət təşkilatının nümayəndəsini məntəqədən qovublar. Biz də bu vəziyyətə nəzarət etməyə gəldik və qəfildən quldur dəstəsi seçki məntəqəsinə daxil olub, bizi ayrı-seçkilik etmədən, söyüş söyüb, vurmağa başladılar”, – deyə Azad Kərimov bildirib.

Bizi WhatsApp – da izləyin.