İsrail vurulacaq yerlərin qeyd olunduğu xəritələri paylaşıb

İsrail ordusu Beyrutun cənub bölgələrinin sakinlərini təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə çağırıb.

İsrail ordusunun sözçüsü Aviçai Edri “X” hesabında ərəb dilində Burj əl-Barajna qaçqın düşərgəsi və El-Hadas bölgəsinin sakinlərinə, “Hizbullah” hədəflərinə hava hücumu ilə bağlı xəbərdarlıq edib.

O, üzərində vurulacaq yerlərin qeyd olunduğu xəritələri də paylaşıb.

“Özünüzün və ailə üzvlərinizin təhlükəsizliyi üçün dərhal bu və qonşu binaları boşaltmalı və onlardan ən azı 500 metr aralıda olmalısınız”, – deyə paylaşımda deyilir.

Bizi WhatsApp – da izləyin.