Borrell: Orban Gürcüstana səfərində Avropa İttifaqını təmsil etmir
Bu gün Gürcüstana səfər edən Viktor Orban Avropa İttifaqını (Aİ) təmsil etmir.
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell İspaniya mətbuatına müsahibəsində bildirib.
“Bu gün Macarıstanın Baş naziri çox yaxın olduğu Gürcüstan hökumətini dəstəkləmək üçün Gürcüstana gedir. Cənab Orban Gürcüstana səfəri zamanı nə deyirsə desin, o, Avropa İttifaqını təmsil etmir”, – Cozef Borrel bildirib.
Qeyd edək ki, Macarıstanın baş naziri, Avropa İttifaqı Şurasının sədri Viktor Orban bu gün Gürcüstana rəsmi səfərə gələcək.
Bizi WhatsApp – da izləyin.