DİQQƏT! Bu məntəqələrdə seçkilərin nəticələri yenidən yoxlanacaq
Mərkəzi Seçki Komissiyası (MSK) bəzi məntəqələrdə parlament seçkilərinin nəticələrini yenidən yoxlayacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, hər dairə üzrə beş məntəqədə seçki bülletenləri dairə seçki komissiyaları tərəfindən sayılacaq.
Məntəqələr təsadüfi olaraq püşkatma yolu ilə müəyyən edilib. Regionlarda səslərin yenidən sayılmasına bu gün saat 12:00-da, Tbilisidə isə saat 17:00-da başlanacaq. Səslərin sayılmasına müvafiq qurumlar da nəzarət edəcək.
Xatırladaq ki, oktyabrın 26-da keçirilən parlament seçkilərində 99,97% seçki məntəqəsində səslərin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası 53,93% səs toplayıb. Bu nəticələri 5%-lik bariyeri keçən dörd müxalifət partiya, onları dəstəkləyən QHT-lər və Prezident tanımaqdan imtina edib.
Bizi WhatsApp – da izləyin.