SON DƏQİQƏ! Prezident Prokurorluğa çağırıldı
Prezident Salome Zurabişvili 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı verilən bəyanatla əlaqədar prokurorluğa çağırılıb.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
“Mərkəzi Seçki Komissiyasının (MSK) 30 oktyabr 2024-cü il tarixli müraciəti əsasında Gürcüstan Prokurorluğu, parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə araşdırmaya başlayıb.
MSK-nın bəyənatına və kütləvi informasiya vasitələri ilə ictimai məkanda yayılan məlumatlara görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır. Buna görə də qanuna əsasən, Gürcüstan prezidenti oktyabrın 31-də dindirilmək üçün istintaq orqanına çağırılıb.
Gürcüstan Prokurorluğu, MSK-nın direktivində göstərildiyi kimi, eyni zamanda, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. İstintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək.
Bununla yanaşı, hüquq-mühafizə orqanları seçkiqabağı dövrdə və səsvermə günü aşkar edilmiş ayrı-ayrı qanun pozuntularının öyrənilməsi məqsədilə bir sıra cinayət işləri üzrə fəal araşdırmalar aparır. Dövlət prokurorluğu araşdırmanın nəticələri barədə vaxtaşırı ictimaiyyətə məlumat verəcək”,- deyə məlumatda qeyd olunub.
Bizi WhatsApp – da izləyin.