Daxili İşlər Nazirliyindən açıqlama: Rövşən İskəndərov və daha bir nəfər saxlanılıb – RƏSMİ

Marneuli bələdiyyəsinin sədr müavini Rövşən İskəndərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində iki nəfər: 1984-cü il təvəllüdlü R.İ. və 1990-cı il təvəllüdlü E.İ. saxlanılıb.

Bu barədə Nazirlik məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər, 2024-cü il oktyabrın 26-da keçirilən Gürcüstan Parlament seçkiləri zamanı, Marneuli rayonunun Sadaxlı kəndində yerləşən №69 saylı seçki məntəqəsində qanun pozuntusu edərək seçki qutusuna bülletenlər atıblar.

Faktla əlaqədar olaraq, Marneuli dairə seçki komissiyasının qərarı ilə №69 saylı seçki məntəqəsində səsvermə dayandırılıb və səsvermənin nəticələri etibarsız sayılıb.

Aparılan istintaq tədbirləri nəticəsində R.İ. və E.İ. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Cinayət 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hadisə ilə bağlı istintaq, Seçkilərlə əlaqədar sənədlərin: seçki siyahıları, protokollar, bülletenlər, qeydiyyat jurnalları və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasını ehtiva edən Cinayət Məcəlləsinin 164-cü prim maddəsi ilə aparılır.

Bizi WhatsApp – da izləyin.