Dəmiryolu vağzalında faciə – 13 ölü, yaralılar var

Serbiyanın Novi Sad şəhərində dəmiryol vağzalının tavanı uçub.

Bu haqda “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, hadisə zamanı 13 nəfər həlak olub, yaralılar var.

Xilasedicilər ölənlərin cansız bədənini dağıntılar altından çıxarıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Bizi WhatsApp – da izləyin.