“Xalq ölkə daxilində anonim ölüm təhdidləri ilə dolu zənglər alır”

“Moldova xalqı ölkə daxilində anonim ölüm təhdidləri ilə dolu zənglər alır”.

RealNews.ge “European Pravda”ya istinadən xəbər verir ki, bunu Moldovanın Baş naziri Dorin Reçan deyib.

Baş nazir ölkəsinə qarşı görünməmiş hücum olduğunu bildirib:

“Təhdidlər jurnalistlərə, məşhurlara və sakinlərə yönəlib. Bu hədə-qorxu hərəkətləri bir məqsəd güdür: panika və qorxu səpmək, insanları səsverməyə gəlməkdən çəkindirmək”.

Reçan, Moldova dövlət strukturlarının vətəndaşların nizam-intizamını və müdafiəsini təmin edəcəyini bildirib və vətəndaşları bazar günü keçiriləcək prezident seçkilərinə gəlməyə çağırıb.

Bizi WhatsApp – da izləyin.