Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 8 Noyabr Zəfər Günü ilə bağlı bayram tədbiri təşkil olunub – FOTO

Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə 8 Noyabr Zəfər Günü ilə bağlı bayram tədbiri təşkil olunub.

İlk olaraq tədbirdə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib. Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin icraçı direktoru Rezo Həsənov şıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günün hər il qeyd olunması qərarı Azərbaycan xalqının tarixi qələbəsini əbədləşdirir və gənc nəsillərə vətənpərvərlik ruhu aşlayır. Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan Azərbaycan torpaqları düşmən tapdağından azad edildi.

Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, Vətən müharibəsi haqqında öz fikir və təəssüratlarını bölüşüb, 44 gün davam edən və zəfərlə bitən müharibənin nəticəsində, Azərbaycan xalqının işğaldan azad olunmnuş əbədi və əzəli torpaqlarına, qürur və sevinclə qayıdışını xüsusi vurğulayıblar.

Tədbirin sonunda mərkəzin müdavimləri vətənpərvərlik mövzusunda şeir və musiqilər səsləndirib, Zəfər gününə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları əslən Gürcüstandan olan Vətən müharibəsi şəhidlərinə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.