Almaniya səfirliyi: “Sülh yolu ilə inqilab mümkündür” – FOTO

“Sülh yolu ilə inqilab mümkündür.”

Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmi səhifəsindəki paylaşımında qeyd edilib.

“Sülh yolu ilə inqilab mümkündür. Berlin divarının dağılması bunun bir nümunəsidir. Onilliklər ərzində Almaniya Demokratik Respublikası öz vətəndaşlarını zorakılıq və təzyiq sistemi altında saxlamışdı. ADR vətəndaşları öz talelərini müəyyən etmək və azad yaşamaq üçün cəsarət və iradə nümayiş etdirərək, Berlin divarını sökməyə nail oldular. Bununla da Mərkəzi və Şərqi Avropa ölkələrinin insanları ilə birlikdə Almaniyanın birləşməsi və azad, vahid Avropa üçün zəmin yaratdılar. Bu gün də eyni şeyi demək olar: azadlıq özü-özünə gəlmir, onun üçün mübarizə aparmalıyıq – o zaman da belə idi, indi də belədir, burada da və dünyanın hər yerində.” – deyə paylaşımda bildirilib.

Bizi WhatsApp – da izləyin.