Baş nazir Azərbaycana gedir, COP29-da iştirak edəcək

Baş nazir İrakli Kobaxidze noyabrın 11-13-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək.

Bu barədə Hökümətin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, konfransda iştirak edəcək liderləri BMT-nin baş katibi Antonio Qutyereş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edəcəklər.

Baş nazir Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüş keçirəcək.

İrakli Kobaxidzenin COP29 liderlərinin sammitində çıxışı, həmçinin müxtəlif mövzular üzrə dəyirmi masa formatında keçiriləcək panel müzakirələri planlaşdırılır.

Hökumət başçısını COP29-da baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Joliani müşayiət edəcəklər.

Bizi WhatsApp – da izləyin.