Gürcüstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində qalib olub – FOTO

Gürcüstan Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2024-ün qalibi olub. Andria Futkaradze 239 xal toplayaraq Gürcüstana Uşaq Avroviziyasında dördüncü qələbəni qazandırıb. Bu nəticə ilə Gürcüstan yarışmada rekord qırıb.

Andria Futkaradze münsiflər heyətindən 180 xal, onlayn səsvermə ilə isə 59 xal alıb.

Gürcüstan 12 xalı İtaliyadan, Estoniyadan, Albaniyadan, Ermənistandan, Kiprdən, İspaniyadan, Niderlanddan, San Marinodan, Ukraynadan, Portuqaliyadan, İslandiyadan və Maltadan alıb.

Qeyd edək ki, Andria Futkaradze tamaşaçıların qarşısına To My Mom mahnısı ilə çıxıb. Mahnını Giqa Kuxianidze yazıb, sözlər üzərində isə Maka Davidaya işləyib.

Uşaq Avroviziya 2024 İspaniyanın paytaxtı Madriddə keçirilib və müsabiqədə 17 ölkə iştirak edib.

Bizi WhatsApp – da izləyin.