Yetkinlik yaşına çatmayanlar üçün Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişib

2026-cı ildən etibarən yetkinlik yaşına çatmayanlar üçün Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişib.

Xarici KİV-in Rusiya Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, bundan sonra Rusiya ərazisinə uşaqlar yalnız xarici pasportla daxil ola və ölkədən çıxa biləcəklər.

Nazirlikdən o da bildirilib ki, yetkinlik yaşına çatmayanların dövlət sərhədini keçməsi üçün yeni qaydalar 20 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

Bizi WhatsApp – da izləyin.