Qardabanidə müxtəlif vaxtlarda törədilmiş oğurluq cinayətlərinə görə axtarışda olan şəxs saxlanılıb
Kvemo Kartli polisi Qardabanidə müxtəlif vaxtlarda törədilmiş oğurluq cinayətlərinə görə axtarışda olan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları cari ilin 28 avqust tarixindən etibarən müxtəlif vaxtlarda törədilmiş oğurluq cinayətlərinə görə axtarışda olan, 1992-ci il təvəllüdlü F.A.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, həmin şəxs Qardabanidə müxtəlif vaxtlarda yaşayış evlərinə oğurluq məqsədilə daxil olub və oradan məişət əşyaları və texnikanı gizli yolla mənimsəyib.
Törədilmiş cinayətlərə görə Qardabani Rayon Məhkəməsi tərəfindən F.A.-ya qiyabi qaydada azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Saxlanılan şəxs hazırda penitensiar müəssisədə yerləşdirilib.
Bizi WhatsApp – da izləyin.