Marneulidə qızıl oğruları tutulub
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları dələduzluq ittihamı ilə Azərbaycan Respublikasının iki vətəndaşını — 1987-ci il təvəllüdlü A.M.-ni və 1983-cü il təvəllüdlü İ.M.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsində yaşayan vətəndaşlardan birinə məxsus qızıl əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər.
Aparılmış istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları hər iki şəxsi cinayəti törətdikdən dərhal sonra, təqsirləndirilən qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.