Qadın polis əməkdaşının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Kvarelidə baş verən yol-nəqliyyat hadisəsində bir qadın polis əməkdaşı həyatını itirib.
Yerli mətbuatın yaydığı məlumata görə, qadın sürücünün idarə etdiyi minik avtomobili traylerlə toqquşub və nəticədə qadın hadisə yerində ölüb.
Yerli sakinlərin sözlərinə görə, qarşıdan gələn yük maşını sürüşərək yüngül avtomobilə dəyib. Hadisə yerinə polis cəlb olunub və istintaq aparılır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi – nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması – üzrə başlanıb.
Bizi WhatsApp – da izləyin.