Baş nazir Türkmənistan Nazirlər Kabineti sədrinin müavini ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökergulu Ataquliyev ilə görüşüb.
Görüşdə Gürcüstan ilə Türkmənistan arasında münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ölkələr arasında ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçirilib. Qeyd olunub ki, Gürcüstan-Türkmənistan əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəlib və yüksək səviyyəli səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir.
Tərəflər arasında ticarət-iqtisadi əlaqələr müzakirə edilib. Kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Regionda mövcud vəziyyət də müzakirə olunub. Türkmənistanın Mərkəzi Asiyada sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər vurğulanıb. Regionun davamlı inkişafı üçün belə siyasətin aparılmasının vacibliyi xüsusi qeyd edilib.
Bizi WhatsApp – da izləyin.