Şotlandiyanın ilk müsəlman hökumət başçısı “Bute House”da ailəvi fotosunu paylaşıb – FOTO
Şotlandiyanın yeni baş naziri Həmzə Yusuf, baş nazirin rəsmi iqamətgahı olan “Bute House”da ilk günündə ailəvi fotosunu paylaşıb.
O, görüntüləri özünün “Twitter” hesabında dərc edib.
“Ailəm və mən bu gün parlamentdəki səsvermədən sonra ilk gecəmizi “Bute House”da keçiririk. İftardan sonra hər zamanki kimi ailəmlə namaz qıldığım xüsusi bir məqam”, – deyə o, bildirib.
Qeyd edək ki, martın 28-də Şotlandiya parlamentinin iclasında baş nazir seçilən Yusif ölkənin ilk müsəlman hökumət başçısı olmaqla yanaşı, həm də ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri titullarına sahib olub.
My family and I spending our first night in Bute House after today's parliamentary vote. A special moment leading my family in prayer in Bute House as is customary after breaking fast together. pic.twitter.com/yjPY1vpJMB
— Humza Yousaf (@HumzaYousaf) March 28, 2023