Təbii fəlakət 70-dən çox insanın həyatına son qoyub…

Güclü sel nəticəsində İspaniyanın cənub-şərqində yerləşən Valensiya bölgəsində 72 nəfər həlak olub.

RealNews.ge xarici mətbuata istinadən xəbər verir ki, selə çərşənbə axşamı yağan güclü yağışlar və qasırğa səbəb olub.

Xilasetmə əməliyyatlarına fövqəladə hallar üzrə hərbi bölmələr cəlb olunub. Ən çox zərər çəkmiş bölgələrdə məktəblər və vacib xidmətlər dayandırılıb, Madrid və Barselona arasında qatar hərəkəti ləğv edilib.

Xatırladaq ki, Valensiyada son böyük sel 2023-cü ilin sentyabrında baş verib, həmin vaxt İspaniyada azı üç nəfər həlak olmuşdu.

Bizi WhatsApp – da izləyin.

Bizi WhatsApp – da izləyin.