Tbilisidə Müstəqillik Günü münasibətilə hərbi parad keçirilib – FOTO

Tbilisidə 26 May Müstəqillik Günü münasibətilə pandemiyadan sonra ilk hərbi parad keçirilib.

Gürcüstan Prezidentinin, Baş nazirinin, parlament sədrinin eləcə də digər dövlət və hökumət rəsmilərinin iştirak etdiyi tədbirə bir çox ölkələrdən mötəbər qonaqlar da qatılıblar.

Aviasiya vasitələrinin də istifadə edildiyi paradda Gürcüstan Silahlı Qüvvələrinin arsenalındakı bir sıra artilleriya vasitələri və texnikalar, eləcə də yerli istehsal “Didqori” zirehli nəqliyyat vasitəsi nümayiş etdirilib.

Azadlıq meydanında təşkil edilmiş parada on minlərlə şəhər sakini tamaşa edib.