Donald Trampı 561 ilədək həbs cəzası gözləyir

İrəli sürülən üç iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 561 ilədək həbs cəzasına məhkum oluna bilər.

RealNews xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti tərəfdarlarına müraciətində bildirib.

Tramp tərəfdarlarını Amerikanın tiranlığa sürüklənməsinə qarşı sülh yolu ilə onun yanında olmağa çağırıb:

“Korrupsiyaya uğramış Cozef Baydenin Ədliyyə Nazirliyi yenidən mənə qarşı qanunsuz ittihamlar irəli sürüb. Məni ümumilikdə 561 il həbs cəzası gözləyir. Bu altı həyatdır. Amma kim başqa bir şəxsi altı ömürlük həbsə göndərməyə çalışırsa, hər kəsə özünün qorxduğunu göstərir”.