Marneulidə ağır yol qəzası 2 gəncin həyatına son qoyub

Bu gün, saat 13:00 radələrində Marneuli-Sadaxlı yolunun Saral kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

RealNews xəbər verir ki, “Ford” markalı yük maşını ilə “Opel Corsa” markalı minik avtomobili toqquşub.

Nəyicədə “Opel Corsa” avtomobilində olan iki nəfər gənc oğlan həyatını itirib.

Onu da bildirək ki, yük maşınının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.