2024-cü ildən təqaüdlər və maaşlar artırılacaq – RƏSMİ
2024-cü il Dövlət büdcəsinə əsasən, təqaüdlər, səhiyyə işçilərinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qulluqçularının, eləcə də bağça işçilərinin maaşları artırılacaq.
Bu barədə baş nazir İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Belə ki, 2024-cü ilin büdcəsinə əsasən, yaşı 70-dən yuxarı olan təqaüdçülərin təqaüdü 50 lari artaraq 415 lari olacaq. Dağlıq yaşayış məntəqələrində eyni yaş qrupundam olan təqaüdçülərin təqaüdü isə təxminən 500 lari təşkil edəcək. 70 yaşadək təqaüdçülərin təqaüdü isə 20 lari artırılaraq 315 lari, yüksək dağlıq ərazilərdə yaşayan 70 yaşadək olan şəxslərin təqaüdü isə 380 lari olaraq müəyyən ediləcək.
Bundan başqa səhiyyə işçilərinin maaşlarının 10% artırılması planlaşdırılır. Qarşıdakı ilin büdcəsində bütün dövlət qulluqçularının maaşlarının da 10% artırılması nəzərdə tutulur.