Avtomobili parketmə qaydalarının pozulmasına görə milyonlarla lari cərimə yazılıb – STATİSTİKA

2024-cü ilin yanvar-oktyabr aylarında paytaxtda avtomobil parketmə qaydalarının pozulmasına görə yazılan cərimələrdən büdcəyə 14 milyon 703 min 767 lari daxil olub.

Ötən ay isə Tbilisi üzrə düzgün parketmə qaydalarının pozulmasına görə 1 milyon 92 min 283 lari məbləğində cərimə yazılıb.

Qeyd edək ki, ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan vəsaitin həcmi artıb. Maliyyə Nazirliyinin məlumatına görə, bu il yanvar-oktyabr aylarında yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə 189 milyon 165 min 884 lari daxil olub, ötən ilin eyni dövründə isə bu məbləğ 179 milyon 250 min 931 lari təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin payızından parketmə qaydalarının pozulmasına görə cərimələr artırılaraq 10 lari əvəzinə 50 lari olub.

Bizi WhatsApp – da izləyin.