Bu şəxslər dərmanları pulsuz ala biləcəklər – SİYAHI

Universal səhiyyə proqramı ilə bir sıra vətəndaşların xroniki xəstəliklər üçün aldıqları dərmanlar maliyyələşdiriləcək.

Bu barədə məlumatı Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, proqrama aşağıdakı xroniki xəstəliklərin müalicəsi üçün dərmanların maliyyələşdirilməsi daxildir:

  1. Xroniki ürək-damar xəstəlikləri;
  2. Xroniki ağciyər xəstəlikləri;
  3. Qalxanabənzər vəzinin xroniki xəstəlikləri;
  4. 2-ci tip şəkərli diabet;
  5. Parkinson xəstəliyi;
  6. Epilepsiya;
  7. Qlaukoma;

Sosial cəhətdən həssas insanlar (reytinq balı 100.000 çox olmayan)

  1. Pensiyaçılar;
  2. Veteranlar;
  3. Əlilliyi olan insanlar (əlil uşaqlar, ağır və ya əhəmiyyətli əlilliyi olan insanlar)

Həmçinin Gürcüstanın işğal olunmuş ərazilərinə yaxın – Qori, Xaşuri, Kaspi, Kareli, Duşeti, Oni, Saçxere, Zuqdidi, Mestia və Calencixa bələdiyyələrində yaşayan əhali medikamentləri dövlət dəstəyi ilə pulsuz əldə edəcəklər. Qeyd olunub ki, müvafiq statuslu və ya kateqoriyadan olan şəxslərin pulsuz dərman ala bilməsi üçün onlar ailə həkiminə müraciət etməlidirlər.