Tbilisidə etiraz aksiyası keçirilir, çox sayda polis cəlb edilib

Tbilisidə icitmai fəal Nata Peradzenin evinin qarşısında aksiya keçirilir. Belə ki, bir qrup insan Chovelidze küçəsinə toplanaraq Nata Peradzedən Stalinin təsviri olan ikonanın üzərinə boya atdığına görə “cavab” tələb edirlər. Nata Peradze isə Tbilisidəki Müqəddəs Üçlük Katedralında (Sameba) Stalinin təsvir edildiyi “Müqəddəs Makrona” (Moskvalı Makrona) ikonasına boya atması ilə bağlı iddiaları təsdiqləməyib.

Onu da bildirək ki, əraziyə çox sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Daxili İşlər Nazirliyi rusiyayönlü qrupun üzvlərini ifadə və sərbəst toplaşmaq azadlığı haqqında qanunla müəyyən edilmiş normaları aşmamağa çağırıb.

“Mitinqin təşkilatçılarını və iştirakçılarını ifadə və sərbəst toplaşmaq azadlığı haqqında qanunla müəyyən edilmiş normaları aşmamağa çağırırıq. Polis tərəfindən hər hansı qanun pozuntusunun qarşısı dərhal alınacaq”, –  deyə Daxili İşlər Nazirliyindən bildirilib.