Yanvarın 1-dən bu dərmanların qiyməti 40% aşağı salınacaq
Yanvarın 1-dən ölkədə dərmanların qiyməti 40 faiz aşağı salınacaq. Birinci mərhələdə qiymət dəyişikliyi onkoloji və xroniki dərman vasitələri üçün nəzərdə tutulub ki, bu da təxminən 1 110 dərman vasitəsini əhatə edəcək.
Həmçinin yeni ildən apteklərdə dərmanların qiymətinə nəzarət mexanizmləri də sərtləşdirilir. Süni qiymət artımı aşkar edildikdə, şirkətə xəbərdarlıq ediləcək, təkrar fakt aşkarlanarsa 5 mindən 45 min lariyə qədər cərimə tətbiq olunacaq.