9 yaşlı uşaq dişini çəkdirdikdən sonra həyatını itirib

Martvili bələdiyyəsinin Muxurça kəndində 9 yaşlı qız dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə mərhum qızın yaxınları məlumat yayıb.

Hazırkı mərhələdə qızın ölümünə nəyin səbəb olduğu bilinməsə də, ailə üzvləri  qızın vəziyyətinin dişini çəkdirdikdən sonra pisləşdiyini bildirirlər.

Yeniyetmənin səhhətində başqa problemlərin olub-olmadığı hələlik məlum deyil.

Məlumata əsasən, azyaşlının ölüm səbəbini araşdırmaq üçün, onun nəşi tibbi ekspertizaya aparılıb.