DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı “Xəlifə” stadionunda oynanılacaq görüş Tbilisi vaxtı ilə saat 17:00-da başlayacaq.

A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. “Al-Tumama” arenasındakı oyun Tbilisi vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. “Əhməd ibn Əli” stadionunda keçiriləcək görüşün Tbilisi vaxtı ilə başlama saatı 23:00-dır.

DÇ-2022
21 noyabr

A qrupu
20:00. Seneqal – Niderland

B qrupu
17:00. İngiltərə – İran

23:00. ABŞ – Uels