Tbilisidə pitbull cinsli it 1 yaşlı körpəni parçalayıb

Tbilisidə Petriaşvili küçəsində pitbull körpə uşağı parçalayaraq ağır xəsarətlər yetirib. 1 yaşlı körpə paytaxtın Tsitsişvili klinikasına köçürülüb.

Klinikadan verilən məlumata görə, uşağın vəziyyəti ağırdır.

Hazırda o, əməliyyat olunur.