BTQ-nin Gürcüstan hissəsində işlər mayda yekunlaşacaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində işlər bu ilin may ayında yekunlaşacaq.
Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
“Hazırda aparılan işlərin 95%-i tamamlanıb”- nazir müavini əlavə edib.