Yanvar ayından spirtli içkilərlə bağlı yeni qanun qüvvəyə minir
2023-cü il yanvarın 1-dən ölkə daxilində satışı nəzərdə tutulan spirtli içkilər məcburi sertifikatlaşdırılacaq.
Milli Şərab Agentliyinin yaydığı məlumata görə, Gürcüstanda istehsal olunan və ölkə daxilində satışı nəzərdə tutulan spirtli içkilərin sertifikatlaşdırılması, həmin içkilərə maksimum nəzarətə və istehlak bazarının saxtalaşdırılmasından qorunmağa, həmçinin şərab və digər alkoqollu məhsulların rəqabətli bazarının genişləndirilərk, inkişafına töhfə verəcək.
Məlumatda bildirilir ki, alkoqollu içkilərin istehsalçısı və ya satışını həyata keçirən şəxs məhsulu yerli bazara çıxarmadan öncə Dövlət Şərabçılıq Milli Agentliyi tərəfindən uyğunluq sertifikatı almalıdır.