Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 36-ya çatıb
Hindistanın Marçula şəhəri (Uttarakhand ştatı) yaxınlığında avtobusun dərəyə aşması nəticəsində azı 36 nəfər həlak olub.
RealNews.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.
NDTV telekanalının məlumatına görə, 45 yerlik avtobusun sürücüsü dağ yolunda idarəetməni itirib və maşın təxminən 200 metr hündürlükdən uçuruma düşüb.
Bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Ən azı beş nəfər itkin düşmüş hesab olunur.
Hadisə yerində xilasetmə işləri davam edir.
Bizi WhatsApp – da izləyin.