Putin İlham Əliyev və Nikol Paşinyanla birgə bəyanatın razılaşdırıldığını bildirib
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.
Bu barədə RealNews TASS-a istinadən xəbər verir.
Putinin sözlərinə görə, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.
Putin vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.
V.Putin qeyd edib ki, Rusiya Federasiyası regionda dialoqun davam etdirilməsi və münaqişəyə son qoyulması üçün Ermənistan və Azərbaycanla təmasdadır.